!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Güney Azərbaycan məsələsi iki deputatı üz-üzə qoydu – Özəl

!Reklam – Yazi

10866723_10204497026338428_704687159_nSabir Rüstəmxanlı: “Bunun arxasında müəyyən vədlər, müəyyən gizli bir siyasət dayanır”

Fazil Mustafa:”Azərbaycanda İran rejiminin daha çox tərəfdarı formalaşıb, nəinki, bizim orada…”

Milllət vəkili Sabir Rüstəmxanlı həmkarı Fazil Mustafanın “Azərbaycanın birləşməsi, bütövləşməsi idealına davammı, yoxsa tamammı?” başlıqlı məqaləsinə ad çəkmədən mənfi münasibətini açıqlayıb: “Hətta tanınmış qələm sahiblərindən biri yazır ki, ”Azərbaycanın birləşməsi, bütövləşməsi idealına davammı, yoxsa tamammı? Yəni, biz bu barədə danışmalıyıq, yoxsa məsələyə nöqtə qoymalıyıq?” Sonra da cavab verir: ”Bu qeyri-real bir məsələdir, ümumiyyətlə bu haqda danışmağa dəyməz”. Və təbii ki, bu sadəcə bir söz sahibinin fikri deyil, bunun arxasında müəyyən bir sistem, müəyyən vədlər, müəyyən gizli bir siyasət dayanır. Bu da Azərbaycanın quzeyini güneyindən ayırmaq, bir millətin iki parçasını bir-birindən təcrid etməyə yönəlmiş siyasətdir. Və bu tipli yazıların məntiqi, aşılamaq və qəbul etdirmək istədiyi fikir budur ki, Güney Azərbaycanda milli hərəkat yoxdur. Hətta qonşu milətlərlə müqayisə aparılır, onlar mübarizə aparır, ancaq bizdə mübarizə yoxdur, susqunluqdur, xalq öz vəziyyəti ilə barışıbdır və bu barədə danışmağa dəyməz kimi fikirlər yayqınlaşdırılır. Bu kimi yanlış fikirlərin bəlli məqsədə uyğun olaraq formalaşdırılması məqsədini açmaq istəyərkən mən 1941-45-ci illərdə Güneydə gedən prosesləri fərqli mənbələrdən diqqətlə izlədim və gördüm ki, 4 ildə bu millət hardan hara qədər irəliləyib, bu vaxt ərzində hansı aşamaları və maneələri aşıb,hansı uğurlar əldə edib. Təbii ki,bu millətin bazasından, potensialından, qan yaddaşından qaynaqlanır”.

Məsələ ilə bağlı Yenicag.az saytına açıqlamasında millət vəkili Fazil Mustafa Güneydə ciddi siyasi hərəkatın olmadığını söylədi: “Hər kəsin öz baxışı var. Onların baxışı ənənəvi baxışdır ki, bütöv Azərbaycan ideyası yaxın zamanlarda gerçəkləşəcək. Bizim yanaşmamız isə budur ki, bununla Güneydə olan soydaşlarımıza böyük bir zərbə vururuq. Demirəm ki, orada hərəkat yoxdur. Amma sadəcə, orada ciddi siyasi hərəkat yoxdur. Bunu sübut etmək istəyirlərsə, buyursunlar kürdlərin dünya arenasına çıxışı ilə bizim çıxışı müqayisə etsinlər və görsünlər ki, dediyimiz həqiqətdir, ya yox. Azərbaycan artıq elə bir mərhələyə çatıb ki, xəyalçı düşüncələrlə problemlərə baxış heç bir effekt vermir. Prosesə daha realist baxmalıyıq. Düşüncəm budur ki, Quzey Azərbaycanın möhkəmlənməsi və Güney Azərbaycana olan intelektual miqrasiya hesabına dövləti gücləndirməliyik. Gələcəkdə orada ciddi hərəkat olarsa, onların hansısa bir uğur qazanması bizim üçün də faydalıdır. Amma indiki şərtlər daxilində ideyanın gerçəkləşmə imkanı inandırıcı deyil. Ona görə də daha fərqli yol izlənməsini təklif edirik. Bu həm də İranın Azərbaycana qarşı aqressivləşməsinin əsas səbəblərindəndir. Yəni heç bir iş görə bilmirik, amma eyni zamanda, İran tərəfindən Güney Azərbaycan türklərinə təzyiqinin artmasına özümüz şərait yaradırıq. İndiki şərtlərdə daha çox mədəni sferada addımların atılması oradakı həmvətənlərimizin də xeyrinə olardı. Təbii ki, Azərbaycanda ənənəvi yanaşma, şeyir, ədəbiyyat, ayrılıq, Gülüstan fonunda yanaşmalar zamanı belə fikirlər olub ki, məsələ bu gün, sabah gerçəkləşir. Amma reallıq budur ki, biz daha çox iranlaşmışıq və Azərbaycanda İran rejiminin daha çox tərəfdarı formalaşıb, nəinki, bizim orada müasir Azərbaycana tərəfdar olan insanların sayı artıb. Bu reallıqları görməzdən gəlmək olmaz”.

Rüfət

www.yenicag.az

792
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv