!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Güney Azərbaycanın istiqlalı elan oluna bilər" - Partiya sədrindən İLGİNC PROQNOZ

!Reklam – Yazi

“İranla bağlı iddialarımızla dünyanın güc mərkəzlərinin planları üst-üstə düşür”.

Bu sözləri İranla Azərbaycan arasında gərginliyin davam etməsi, İranın parçalanma ehtimalının yenidən gündəmə gəlməsini şərh edən Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, İranı daima bu regionda bəsləyən Rusiyadır:

“İran parçalanmalıdır və onun içərisindən Güney Azərbaycan çıxmalıdır. Bu ideyamızın fundamental əsasları var. Zaman-zaman bu istiqamətdə toqquşmalar olub, qanlar tökülüb. Həm də düşməni qovaraq torpaqlarını qoruyan, Türkiyə ilə strateji tərəfdaş olan, Orta Asiya və Türkiyə arasında birləşdirici körpü olan güclü və iddialı bir Azərbaycan var.

Xalqın mütəmadi ortaya atdığı iddiaları Azərbaycan dövləti dilə gətirir. İranda insan haqlarından, təhsil hüququndan danışır, onların taleyinə biganə qalmayacağını deyir.

İranda teokratik bir rejim var. Türkiyə isə islam təməli üzərində Osmanlı coğrafiyasına nüfuz edib, yeni güc mərkəzi qurmaq istəyir. Bunların heç biri sirr deyil. Açıq tribunalardan da etiraf olunub.

İranın Ermənistan və Fransa ilə qurduğu planları, Azərbaycanın düşmənləri ilə daha çox yaxınlaşmasını anlamaq olar. Çünki bu özünü qorumaq instinktidir.

Bəzən deyirlər, İranı qıcıqlandırmaq olmaz. Bunu deməkdən çəkinməyəcəyik. İranı daima bu regionda bəsləyən Rusiya faktorudur. Rusiyanın zəifləməsi Azərbaycana münbit şərait yaradır.

Azərbaycanın cənubdakı soydaşları ilə birləşmək istəyi reallaşa bilər. Bu yolda gərginliklər, qarşıdurmalar ola bilər, müharibə ehtimalı da var. Bizim iddialarla dünyanın güc mərkəzlərinin planları üst-üstə düşür. Bu da bizim üçün bir şansdır. Güney Azərbaycanın istiqlalı elan oluna bilər”.

Səxavət Məmməd

www.yenicag.az

924
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv