Güneydə daha bir şəhərə suyun verilişi dayandırıldı

Şərqi Azərbaycan əyalətinin Kəleybər və ətraf bölgələrinə də suyun verilişi dayandırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Azərəncümən” saytı məlumat yayıb.

Məlumatda içməli suyun günortadan sonra saat 15-dən 19-dək kvota ilə veriləcəyi bildirilib.

Qeyd edək ki, avqustun 1-dən Təbrizin bir çox bölgələrində içməli suyun verilməsində fasilələr yaranıb.