!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Güneyli soydaşlarımızdan daha bir DƏSTƏK: 5 şəhərdə etiraz aksiyası keçiriləcək

!Reklam – Yazi

Ayın 18-də, bazar günü Təbriz vaxtı ilə saat 17:00-da Güney Azərbaycanın Təbriz, Ərdəbil, Urmiyə və Zəncan şəhərlərində, eyni zamanda Tehranda İranın Ermənistana dəstəyinə etiraz olaraq aksiyalar keçiriləcək.

Yenicag.az xəbər verir ki, aksiya iştirakçılarının əsas tələbi və şüarı “Nurduz gərək bağlana!” olacağı qeyd edilib.

Xatırladaq ki, İranla Ermənistan arasındakı sərhəd-gömrük məntəqəsi olan Nurduz keçid qapısından Ermənistana Rusiyadan göndərilən silahları daşıyan tırların görüntüləri yayılmışdı və bu da Güneyli soydaşlarımızın hiddətinə səbəb olmuşdu.

Qeyd edək ki, eyni zamanda Güneyli milli fəallar İran rejiminin həm də özü Nurduz vasitəsilə Ermənistana silah-sursat, ərzaq və sairə yardımlar da göndərdiyini bildirirlər.

www.yenicag.az

395
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv