Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Güneyli soydaşlarımızdan Ordumuza DƏSTƏK: Tehranda və 4 şəhərdə həmrəylik mitinqi keçiriləcək

Güney Azərbaycanlı soydaşlarımız Ordumuzun Ermənistan silahlı qüvvələrinin son hücumlarına cavab olaraq başladığı əks-həmlə əməliyyatlarına dəstək məqsədilə İranın bir neçə böyük şəhərində Azərbaycana dəstək aksiyası keçirəcəklər.

Yenicag.az xəbər verir ki, “Qarabağa dəstək və Azərbaycan Ordusuna dəstək” adlı mitinqlər paytaxt Tehranla yanaşı, Güney Azərbaycanın Təbriz, Ərdəbil, Zəncan və Urmiyə şəhərlərində də təşkil ediləcək.

Əldə etdiyimiz məlumata görə, güneyli milli fəallar tərəfindən nəzərdə tutulan aksiyalara yönəlik ciddi hazırlıq görülür, hər yerə elan və afişalar paylanılır.

Qeyd edək ki, mitinqlər oktyabrın 1-i yerli vaxtla 17:00-da başlayacaq.

www.yenicag.az

398