Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Günü sabah elə hadisə baş verə bilər ki, ölkədə…” - Elşad Musayev

Reklam: High Technic

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.Az-a müsahibəsində qarşıdan gələn prezident seçkiləri ilə bağlı mümkün gedişatı dəyərləndirib.

–  Bir neçə partiya artıq növbəti seçkilər üçün prezidentliyə namizədini irəli sürüb. Müxalifətin bu prosesdə iştirak formasını necə görürsüz?

– Hansısa partiyanın prezidentliyə namizədini irəli sürməsi onun daxili işidir, buna normal yanaşmaq lazımdır. Mən belə fikirləşirəm ki, ölkədəki ümumi vəziyyət nəzərə alınmalı, ənənəvi, özünü doğrultmayan köhnə üsullardan imtina edilməli, yeni, daha təsirli vasitələr seçilməli və buna uyğun qərar verilməlidir. Bu, müəyyən partiyaların birliyi, yaxud ayrı-ayrı partiyaların özünün qərarları formasında da ola bilər. Biz ilk növbədə demokratik seçki mühiti yaratmalıyıq və bundan sonra seçkiyə getməliyik. Ən əsas məsələ budur. Yəni müxalifətin çox sayda namizədlə seçkilərə qatılaraq, ənənəvi qaydada mübarizə aparması effekt vermir. Təcrübə də göstərir ki, bu üsul özünü doğrultmur. Ölkədə demokratik seçki mühiti yaratmadan, qanunlara əməl etmədən köhnə qaydada seçkilərə getməyin xeyri yoxdur.

– Bəzi müxalifət partiyalarının sədrləri indidən seçki müzakirələrinə başlamağın tez olduğunu deyirlər…

– Bütün fikirlərə hörmətlə yanaşmaq lazımdır – bununla bağlı düşüncələrdə fərqliliyin olması təbiidir. Mənim fikrim bundan ibarətdir ki, artıq danışıqlar aparmağın vaxtıdır və müxalifət partiyalarının rəhbərləri seçkilərlə bağlı məsləhətləşmələrə, müzakirələrə başlamalıdırlar. Biz artıq bu işlərlə məşğuluq. Bu istiqamətdə nəticənin olması üçün prosesə təkan vermək lazımdır.

– Ancaq praktikadan xatırlayırıq ki, müxalifət əvvəlki seçkilərdə vəziyyəti dəyişmədən çox sayda namizədlə seçkilərə qatılıb…

– Əgər ölkədə və dünyada müəyyən şərtlər dəyişməsə, bizdə də seçkilərin nəticələri əvvəlkilərdən fərqlənməyəcək. Burada yalnız o ola bilər ki, hakimiyyətin namizədi dəyişsin, ancaq komanda əvvəlki kimi qalsın. Müxalifət bu kimi variantları nəzərə alaraq, seçkilərdə iştirakla bağlı qeyri-standart forma fikirləşməli və ona uyğun hərəkət etməlidir.

– Növbəti seçkilərin ölkədə siyasi sistemin köklü surətdə dəyişdirilməsi baxımından həlledici ola biləcəyi deyilir…

–  Təbii, istənilən seçki ölkədə siyasi sistemin dəyişməsi üçün vasitə ola bilər. Ancaq bu məsələ ölkədə və dünyadakı vəziyyətdən, həmçinin cəmiyyətin bu proseslərə münasibətindən birbaşa asılıdır. Hesab edirəm ki, ölkədəki vəziyyəti dəyişmək üçün daxili və xarici qüvvələr əsas götürülür. Yanaşmam bundan ibarətdir ki, daxili qüvvələr vəziyyətin dəyişməsinə yetərli dərəcədə səy göstərsələr, ortaya real iddia və güc qoysalar, vəziyyəti kökündən dəyişmək mümkün olar. Belə halda xarici qüvvələr də öz siyasətlərində müəyyən dəyişikliklər etmək məcburiyyətində qalacaqlar.

– Vacibliyini qeyd etdiyiniz və müxalifətin tez-tez görmək istədiyini dilə gətirdiyi seçki mühitinin yaradılacağına inamınız var?

–  Bu məsələdə heç vaxt pessimist olmaq lazım deyil. Günü sabah elə hadisə baş verə bilər ki, ölkədə hər şey dəyişər. Eyni zamanda, nəzərə alaq ki, ölkədə vəziyyətin dəyişməsini istəyən, ortaya iddia qoyan, bu istiqamətdə hərəkət edən təşkilatlarımız və insanlarımız, çox fəal və istəkli yeni qüvvələr, gənclər var. Ona görə də bu məsələdə bədbinliyə qapılmıram. Millətimiz qısa müddətdə toparlanmağı bacardığını dəfələrlə göstərib. Açıq deyirəm, biz xaos, inqilab, qan tökülməsinin tərəfdarı deyilik. Ancaq ölkədə bir hərəkətlənmə olanda, hakimiyyət də, müxalifət də, kənar qüvvələr də bununla hesablaşırlar.

Araz Zeynalov
Yenicag.az

www.yenicag.az

705
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM