GÜNÜN FOTOSU: Nazirlikdə insident zamanı qazini qucaqlayan polis kimdir?

Xəbər verdiyimiz kimi, bu gün bir neçə qazi əlilliyin təyinatı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında etiraz aksiyası keçiriblər.

Yenicag.az-ın məlumatına görə, aksiya zamanı baş verən insidentdə diqqət çəkən anlar yaşanıb.

Belə ki, qazilər binanın giriş qapısını sındırıb içəri daxil olan zaman nazirlikdəki polislərdən biri qazini qucaqlayıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, həmin polis əslən Füzuli rayonundan olan, hazırda Yasamal rayonu post-patrul xidməti bölüyündə xidmət edən 1991-ci il təvəllüdlü Əliyev Fazəddin İslam oğludur.