Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Günvurma ilə bağlı müraciətlərin sayı kəskin artdı - Uşaqları necə qorumaq olar?

Yay mövsümü isti havaya məruz qalmağın təsirləri ilə əlaqədar pediatrlara müraciətlərin sayında kəskin artım müşahidə olunur.

Yenicag.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin eksperti Hüseyn Qabulov deyib.

Ekspert bildirib ki, açıq havada olmaq imkanından yararlanmaq sağlamlığın açarlarından biridir:

“Eyni zamanda, isti günlərdə diqqətli olmağı unutmamalıyıq.Unutmamalıyıq ki, əgər uşaq uzun müddət istidə və ya günəş şüaları altındadırsa istivurma və ya günvurma baş verə bilər. Bu, olduqca təhlükəli bir vəziyyətdir və ilk növbədə beyin, ürək-damar, tənəffüs sistemi və digər orqanlara təsir edir”.

Eksperti Hüseyn Qabulov uşaqlarda günvurma və istivurmanın əlamətlərini açıqlayıb.

Ekspert qeyd edib ki, istivurma ümumi zəiflik, bədən hərarətinin 39-41°-ə qədər yüksəlməsi, başgicəllənmə, baş ağrısı ilə xarakterizə olunur:

“Uşağın iştahı azalır, nəticədə o yeməkdən imtina edir, dərisi qızarır və quruyur, nəbz sürətlənir və nəfəs darlığı müşahidə olunur. Vəziyyətin şiddətindən asılı olaraq ürək bulanması, qusma və ishal inkişaf edə bilər. Ağır hallarda müxtəlif orqan və sistemlərinin zədələnməsini göstərən qıcolmalar və huşun itirilməsi, burun qanaması, görmə pozğunluqları və digər simptomlar müşahidə olunur”.

H. Qabulov bildirib ki, uşaqda istivurma əlamətləri olduğu halda dərhal həkimə müraciət olunmalıdır:

“İlkin yardım ondan ibarətdir ki, uşağı kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq, başı yan tərəfə əymək (qusma olduğu təqdirdə boğulma baş verməsin) lazımdır. Ondan başqa, uşağın hərarəti artdığı təqdirdə üzünü və sinəsini soyuq su ilə silməli, başına, boyunun yan tərəflərinə soyuq kompress qoymaq lazımdır. Kompresslər məhz sərin olmalıdır. Eyni zamanda, ona fasilə ilə bol miqdarda maye vermək lazımdır.

Körpəni birbaşa günəş şüalarına məruz qalmasından qorumaq məqdədilə ilk növbədə onun başını və ya bədənini panama və ya dəsmal ilə örtmək lazımdır. Ondan başqa, istivurmanın qarşısını almaq üçün çimərlikdə üzməy ilə qum vannasının qəbulunu növbə ilə etmək, günəş şüasını (vannası) az doza ilə qəbul etmək məqsədəuyğundur. Həmçinin çox maye qəbul etməsi məsləhətdir, xüsusən təmiz, sərin suyu.

Açıq havada, xüsusilə isti yay günlərində günəşin altında olmağınız səhər 10-na kimi və axşam 6-dan sonra tövsiyə olunur. Həmçinin yüngül yumşaq materiallardan hazırlanan paltarı geyinmək məsləhətdir.

Həddindən artıq fiziki fəaliyyətin (yarışlar, uzun gəzintilər və s.) məhdudlaşdırılması vacibdir. Rasiona meyvə-tərəvəz məhsulları daxil olmalıdır. Yağlı qidaları və ət məhsullarını məhdudlaşdırmaq lazımdır, xüsusilə də gündüz saatlarında və günəş şüası qəbulunu planlaşdırıldığı zaman.

Qazsız içkilərə və şəkərsiz kompotlara üstünlük verməyiniz tövsiyə olunandır.

Yuxarıda göstərilən profilaktik tədbirlərinə riayət etsək, istivurma təhlükəsi körpələrinizdən yan keçəcək və yay mövsümü onların inkişaf edən orqanizmini gücləndirməyə kömək edəcək”.

www.yenicag.az

167
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100