Yay fəslinin gəlişi ilə havaların isti keçməsi çöl şəraitində günün müəyyən vaxtlarında aktivliyi bir qədər çətinləşdirir. Son günlərdə də vətəndaşların günvurma halları ilə bağlı təcili tibbə yardıma müraciət etdiyini müşahidə edə bilirik. Təkcə iyunun 1-dən bu günə qədər ümumilikdə 12 nəfərin Respublika Təcili və Təxirəsalınmaz Tibbi Mərkəzinə günvurma müraciəti qeydə alınıb. Günvurma zamanı insanlara hansı ilkin tibbi yardımlar göstərilməlidir?
Günvurmada qorunmaq üçün nələr etməliyik?
Mövzu ilə bağlı Yenicag.az-a danışan professor Adil Qeybulla deyib ki, çox isti havalarda, xüsusilə 30 dərəcədən yüksək olan temperaturda uzun müddət bayırda dayanmaq məqsədəuyğun sayılmır.
Ətraflı videonu təqdim edirik:
İsmayıl Bakuvi
Samir Məcidov