Gürcü nazir Azərbaycana gəlir

Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani fevralın 10-da Azərbaycana səfərə gələcək.

Xanım nazir Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və digər dövlət rəsmiləri ilə görüşəcək.

Səfərdə məqsəd ölkələrimizin ədliyyə nazirlikləri və ədliyyə orqanları arasında əməkdaşlığın inkişaf perspektivlərini, birbaşa əlaqələrin qurulması imkanlarını müzakirə etməkdir.

Yenicag.az