!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Gürcü siyasilər sərhədçilərimizin geri çəkiləcəyini düşünürsə, yanılır" - Hərbi ekspert

!Reklam – Yazi

“Keçikçi dağ mağara kompleksi gürcülərin kilsəsi deyil, alban kilsəsidir. Qəbələdə, Qaxda belə kilsələrimiz çoxdur. Bu gün bizə müsəlman kimi baxırlar, ancaq düşünmürlər ki, türklər İslamdan əvvəl xristianlıq və digər dinlərə sitayiş edib. Gürcüstanın harasında məscid varsa deyəcəyik ki, ora bizimdir?”

Yenicag.az-a bu fikirləri son günlər Gürcüstan-Azərbaycan arasında yaranan məbəd gərginliyinə münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov bildirib ki, Azərbaycanın Rusiya, İran, Türkiyə ilə sərhədlə bağlı problemləri çözülüb, yalnız Gürcüstan cığallıq edir:

“Xarici İşlər Nazirliyinin verdiyi rəsmi məlumata əsasən, Gürcüstanla Azərbaycan sərhədlərinin dəqiqləşdirilməsi 70% başa çatıb. Keçikçi dağ mağara kompleksi 20 kilometr ərazini əhatə edir. Bu ərazinin böyük bir hissəsi Sovet dönəminin sərhədində də Gürcüstan ərazisindədir, ancaq məbəd Azərbaycanın ərazisində yerləşir. Sərhədin haradan keçəcəyi tam bəlli olmadığı üçün Azərbaycanın sərhəd qoşunları orada xidmət aparır. Sərhəd qoşunlarımız hər cəhətdən təmin olunub və xidmətlərini yüksək səviyyədə yerinə yetirirlər. Gürcüstan siyasiləri öz reputasiyalarını qaldırmaq üçün hər seçki ərəfəsində məbəd məsələsini gündəmə gətirirlər. Bildiyimiz qədər, Gürcüstan prezidentinin Azərbaycana səfərində də bu məsələ qaldırıldı. Ona tamamilə haqlı olaraq bildirilib ki, bu məsələ üzərində mütəxəssislər işləyirlər. Son zamanlar bəzi gürcü siyasilər, deputatlar gəlib xidmət aparan Azərbaycan əsgərinin üstünə qışqırırlar”.

Hərbi ekspert qeyd edib ki, dövlətlər arasında sərhədlər razılaşdırıldıqdan sonra delimitasiya olunmuş sayılır, 5-10 ildən bir isə demarkasiya edilir:

“Sərhədlər çay, dağ və digər coğrafi zonalardan keçir. Bu zaman dəyişikliklər olduqda sərhəd dirəklərinin dəqiqləşdirilməsi aparılmalıdır. Kosmos əsrində olduğumuza görə delimitasiya məsələsində heç bir problem olmur. Azərbaycanın nə Rusiya, nə İran, nə də Türkiyə ilə sərhəd problemi yoxdur. Ancaq Gürcüstanla bu problem ara-sıra qaldırılır. Azərbaycana qarşı torpaq iddiaları irəli sürülür. Gürcüstan ictimaiyyətinin və prezidentinin Azərbaycana qarşı iddiaları yersizdir. Son zamanlar bu məsələ daha çox ortaya atılır və hiss olunur ki, bu işin arxasında başqa güclərin əli var. Bu gün Azərbaycan və Gürcüstan, eləcə də, bütün Qafqaz ölkələrinin Avropa İttifaqına yönəlik addımları var. Bəzi müqavilələr imzalanmalıdır. Gürcüstan bu prosesdən yüksək səviyyədə keçdi, Ermənistan bəzi addımlar atıb. Azərbaycan da bunu etməkdədir. Təbii ki, bundan bir qədər öncə Pankisi dərəsində Gürcüstan vətəndaşları olan çeçenlərlə Gürcüstan polisi arasında ciddi qarşıdurma yarandı. Gürcüstan polisini demək olar ki, Pankisi dərəsindən qovub çıxardılar. Çeçenistan prezidenti Ramzan Kadırov bəyənat verdi ki, əgər orada bir çeçenin başına iş gəlsə, bununla bağlı çox ciddi tədbir görüləcək. Gürcüstan siyasilərinin şousu birinci növbədə rəsmi Tiflisin özünə ziyan gətirəcək. Azərbaycandan enerji asılılığı olan Gürcüstanın atdığı addımlar başa düşülən deyil. Gürcüstan tərəfi anlamalıdır ki, Azərbaycan öz torpaqlarından bir qarış da olsa heç kəsə verməyəcək. Kimsə də Ermənistanla Azərbaycan arasındakı münaqişədən ruhlanaraq bizdən torpaq qoparmaq istəyirsə, anlamalıdır ki, bu, baş tutan məsələ deyil. Gürcü siyasilər hesab edirsə ki, gəlib orada hay-küy edəcək və bizim sərhədçilərimiz geriyə çəkiləcək, yanılırlar”.

Tərlan Eyvazov Gürcüstanla Azərbaycan arasında dövlət sərhədinin tam müəyyən olunmamasında Gürcüstan tərəfinin günahkar olduğunu deyib:

“Azərbaycan Rusiya, İran və Türkiyə arasında sərhədi müəyyən edib. Necə olur ki, burada bir problem çıxmadı, ancaq Gürcüstanla çıxdı? Çünki Gürcüstan tərəfinin niyyəti oradan torpaq qoparmaqdır. SOCAR Gürcüstanda çox ciddi layihələr həyata keçirir. Gürcüstanda kilsələrin təmiri, oranın qazlaşdırılmasını təmin edir. SOCAR bunlarla yanaşı orada yaşayan soydaşlarımıza sahib çıxmalıdır, onların problemləri ilə də maraqlanmalıdır. Nədənsə bu məsələdə çox üzdən gedirik. Azərbaycan Gürcüstanda yaşayan azərbaycanlılarla həm iqtisadi, həm humanitar, həm də mədəni əlaqələri gücləndirməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

3616
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv