Gürcülərin erməni problemi – Heydər Oğuz yazır

Ermənilərin ən axmaq cəhətləri mümkün olmayan xəyallar qurmaları və bunu reallaşdırmaq üçün illərlə dostluq etdikləri, çörəyini yedikləri xalqlara xəyanət yolu tutaraq asanlıqla imperialist qüvvələrin oyuncağına çevrilmələridir. Bu xəyanətin ilk acı nəticələrini 20-ci əsrin əvvəllərinə qədər dünyanın super güclərindən sayılan Osmanlı imperiyası daddı. Bəlkə də Osmanlı sultanları 1900-cü ilə qədər yatsalar yuxularında belə görməzdilər ki, əzizləyib süfrələrinin başında yer verdikləri, adına “sadiq millət” dedikləri ermənilər bir gün qudurmuş it kimi dişlərini onların xələflərinə qıcıyacaq və rusların təşviqi ilə nəcib Türk millətinin qanına susayacaqlar. Çünki nəzəri olaraq bir ovuc erməni dünya gücünə qarşı heç vaxt xəyanət etməməli idi. Amma etdi. Odur ki, ağıllı dövlətlər Osmanlıların bu acı təcrübəsindən ibrət dərsi çıxararaq, ermənilərdən sadəcə alət kimi faydalanır və onları çəkib süfrələrinin başına oturtmurlar. Necə ki, 1779-cu il Osmanlı-Rusiya müharibəsinin ardından yurd-yuvalarından didərgin düşən ermənilərin Şimali Qafqazda “Naxiçevan-na-Don”u adlı şəhər qurub özlərinin muxtariyyətini elan etməsinə rus çarı izn verməmiş və onları daha sonra indiki Ermənisyan ərazisinə sürgün edib Türkiyə (Osmanlı) ilə özü arasında bufer zona yaratmışdı. Zira rus imperiyası da özünün bir gün Osmanlı kimi zəifləyəcəyini bilir və eyni xəyanətə uğramamaq istəmirdi.

Ermənilər bu gün də dünyanın müxtəlif ölkələrinə səpələnmiş durumdadırlar. Ən geniş erməni diasporası Rusiyada yaşayır və ölkəni sırası ilə ABŞ, Fransa, Gürcüstan və İran izləyir. Fikrimizcə, siyahıdakı 3 ölkə erməni təhlükəsindən hələ bir müddət, bəlkə də bir neçə əsr özlərini sığortalaya bilərlər. Yaxın gələcəkdə ən ciddi təhlükə isə Gürcüstanı və İranı gözləyir.

Nədən ki, bu ölkələrdə, xüsusilə Gürcüstanda ciddi sayda erməni toplumu var. 2017-ci ilin əhalinin siyahıyaalma statistikasına inansaq, 4 milyon 371 min 535 nəfərlik Gürcüstan əhalisinin 250 minə yaxını ermənidir. Bəzi mütəxəssislər bu rəqəmin daha çox olduğuna, bir çox erməninin kimliyini gizlətdiyinə inanırlar. Məsələn, Tsertsvadze Feliksin 2005-ci ildə dərc olunan “Armeniya i Naqornıy Karabax” adlı kitabında Gürcüstan ermənilərinin sayı 437 min olaraq göstərilir.

Məncə, say da əhəmiyyətli deyil. Gürcüstan ermənilərinin hətta rəsmi statistikada göstərilən sayı belə, onların üsyan bayrağı qaldırması üçün kifayət edir. Heç uzağa getməyək, sovet hakimiyyəti dağılanda Azərbaycanın müxtəlif şəhərlərində yaşayan ermənilərin sayı 120 min idi. Amma bu, onların gürcülərdən iki dəfə çox olan bizə qarşı üsyan bayrağı qaldırmasının qarşısını almadı.

Üstəlik, dünya ermənilərinin qarşıya qoyduqları əsas hədəflərdən biri də Samtsxe-Cavaxetinin müstəqilliyə qovuşmasıdır. Bildirildiyinə görə, Dağlıq Qarabağ problemi başlamazdan əvvəl – 1985-ci ildə Yunanıstanın paytaxtı Afinada “Daşnaksütyun” partiyasının XXIII qurultayı keçirilir və toplantının gündəliyində ancaq bir məsələ dayanırdı: Ermənistanın ərazisini genişləndirmək və bu işə də haradan başlanacağını müəyyən etmək. Türkiyə güclü dövlət olduğundan, onun torpaqları hesabına Ermənistanın ərazisinin genişləndirilməsi məqbul sayılmadı. Ya Azərbaycandan – Dağlıq Qarabağdan, ya da Gürcüstandan – Cavaxetiyadan başlamaq məsələsi yeganə çıxış yolu kimi seçildi. Qurultayda cəmi bir səs çoxluğu ilə Dağlıq Qarabağa üstünlük verdilər. Məhz bundan sonra Qarabağın qara taleyi başladı.

Bu faktlar təsdiq edir ki, hazırda Gürcüstanın erməni xəyanəti ilə üzləşməməsinin yeganə səbəbi “Daşnaksütyun”un “A” planının ciddi əngələ ilişməsi, Azərbaycan xalqının sözügedən işğalla razılaşmamasıdır. Bu mənada bizim 44 günlük savaşda ermənilər üzərində qazandığımız qələbə təkcə bizim yox, həm də gürcülərin xeyrinə nəticələnib. Azərbaycan Qarabağ məğlubiyyəti ilə razılaşsaydı, Gürcüstanı Axaziya və Cənubi Osetiyadan sonra 3-cü separatizm dalğasından xilas etmək mümkün olmayacaqdı.

Ən əsası isə, Gürcüstan hələ də bu təhlükədən tam xilas olmayıb. Ukrayna kimi o da NATO-ya üzvlük xətti tutduğundan və ABŞ prezidenti Co Baydenin Putinlə danışıqlarında açıq şəkildə öz tərəfdaşlarını Moskvaya qurban verdiyindən, şəxsən mən Kremlin keçmiş sovet respublikalarının “üzə ağ olan” subyektlərini ağır şəkildə cəzalandıra biləcəyini düşünürəm. Gürcüstanı növbəti dəfə cəzalandırmağın ən qısa yolu isə onun etnik xarakteri ilə oynamaqdır.

Yenə 2017-ci ilin statistikasına nəzər salsaq, Gürcüstanın ən böyük etnik qrupunun azərbaycanlılar olduğunu görə bilərik. Statistikaya görə, ölkədə 800 minə yaxın soydaşımız yaşayır. Fəqət Azərbaycan xalqı dövlətçi xarakterə sahibdir və heç zaman onun-bunun diktəsinə gedib separatizm bayrağı qaldırmaz. Prinsipcə, buna rəsmi Bakı da izn verməz. Deməli, Moskva başqa oyunçu tapmalıdır. Ən yaxşı oyunçu isə əhali sayına görə 3-cü yerdə olan və Gürcüstan əhalisinin hardasa 10%-ni təşkil edən erməniləri qızışdırmaqdır. Ermənilər zatən yaradılış etibarilə də belə xəlq olunublar, onların qanında öz süfrə yoldaşına xəyanət etmək xisləti var və 1985-ci ildə yol verdikləri səhvi düzəldərək bu gün yaşadıqları məğlubiyyət depressiyasından da qurtula bilərlər.

Qeyd edim ki, ağır məğlubiyyətlərə uğrayan bütün millətlərin bu cür depressiyaıardan qurtulmaq ehtiyacı var. Əks halda məğlubiyyətin gətirdiyi psixoz vəziyyətindən çıxa bilməz və yox olub gedərlər. Yəqin ki, Rusiya da ona sadiq nökərlik etməyə məcbur olan ermənilərin bir millət kimi yer üzündən silinməsinə razı olmaz və bu faktordan məmnuniyyətlə Cənubi Qafqazın asi xalqını cəzalandırmaq üçün istifadə etməyə üstünlük verəcək.


Bütün bu təhlükələrə baxmayaraq, Gürcüstanın Avropa Şurasındakı təmsilçiləri təkcə öz torpağını 30 illik işğaldan xilas etməklə qalmayıb həm də qərb qonşusunu eyni tale ilə üzləşməkdən sığortalayan Azərbaycana qarşı ermənilərin bir müddət əvvəl qaldırdıqları ittihamın lehinə səs vermişdilər. Yəqin ki, bundan sonra da xristian təəssübkeşliyinə yuvarlanıb eyni səhvi edəcəklər. Əlbəttə ki, yaxın günlərdə erməni xəyanəti ilə üzləşməsələr.

Məncə, bu dini təəssübkeşliyin adı öz milli maraqlarına xəyanət deyilsə, qəflətdir. İnanmaq istərdim ki, gürcülər bir də belə qəflətə düşməzlər.

Heydər Oğuz,
Ovqat.com