“Gürcüstan-Azərbaycan münasibətlərini bir çox ölkələr üçün nümunədir” – Zaur Darğallı

Gürcüstan-Azərbaycan əlaqələri əsrlərə dayanan dostluq və qardaşlıq dəyərləri əsasında qurulubdur. İki ölkə xalqlarını möhkəm dostluq münasibətlərindən başqa eyni zamanda strateji əməkdaşlıq mövcuddur. Ölkələr arasındakı əməkdaşlıq hər sahədə yüksək səviyyədə davam etməkdədir.

İstər mədəniyyət, elm və təhsil eyni zamanda iqtisadi münasibətlərə dayanan əməkdaşlıq bizim iplərimizi daha da sarsılmaz edir. Bu gün Azərbaycan prezidentinin çıxışı zamanı vurğuladığı məqamlardan biri bizim əlaqələrimizin əsrlər boyu dərin köklərə dayanan əməkdaşlıq və dostluqdan idi. İki tərəfli münasibətlər tarixi iqtisadi layihələrlə daha sıx bağlandı.

Əsrin enerji və iqtisadi müqavilələri bunun əyani sübütudur. Gürcüstan dövləti hər zaman bu əlaqələrin inkişafı istiqamətində ciddi addımlar ataraq öz səylərini göstərməkdədir.

Mən də, Gürcüstan parlamentinə üzv seçildiyim zaman maksimum çalışacağam ki, iki ölkə arasındakı bu münasibətlərin yeni inkişaf mərhələsinə töhvəmi verim. Bizim münasibətlər bir çox ölkələr üçün bir nümunədir.

Azərbaycan hər zaman Gürcüstanın sadiq və dost ölkəsi olub. Bizim mövqeyimiz də hər zaman dəyişməz olaraq qalmaqdadır, dost ölkə olan Azərbaycanın yanındayıq. Bu fakt dəyişməz və sarsılmazdır.