!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstan dəmir yolunda qatar yandı

!Reklam – Yazi

kutaisGürcüstanda Kutaisidən Batumiyə gedən elektrik qatarında yanğın baş verib.

Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Gürcüstan Dəmir Yolları” QSC-dən bildiriblər ki, dekabrın 18-də günorta saatlarında Kutaisidən Batumiyə gedən 682 nömrəli elektrik qatarında yanğın olub. Hadisə Xedcaliya kəndi ərazisində baş verib. Qatarın vaqonlarından biri alovlanıb. Qatar heyətinin və yaxınlıqda olan kənd əhalisinin vaxtında müdaxiləsi nəticəsində sərnişinlər təxliyyə olunub, alov söndürülüb. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

Görülmüş operativ tədbirlər nəticəsində dəmir yolunda qatarların hərəkəti bərpa olunub.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

663
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv