“Gürcüstanı dərin böhran gözləyir”.
Bu fikri Yenicag.az-a açıqlamasında Gürcüstanda baş verən prosesləri dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.
Zərdüşt Əlizadənin sözlərinə görə, Gürcüstanda baş verənlər Rusiyanın əmri ilə icra olunur.
“Rusiya öz əlaltılarına əmr edib ki, vaxt gəlib, oyunu qurtarmaq lazımdır. Müəyyən bir dövrə qədər İvanaşvili özünü Qərbin adamı kimi göstərdi. İndi isə açıq deyirlər ki, milli dəyərlərin üstünlük təşkil edəcəyi dövlət qurmalıyıq. Milli dəyərlər ondan ibarətdir ki, böyük kiçik var, Rusiya Ukrayna müharibəsində Gürcüstanı alət kimi istifadə etmək istəyirlər, Qərbin oyununu anlayırıq, oktyabrda parlamnet seçkiləri keçircəyik, ixtişaş keçirəcəkdilər buna imkan verilməyəcək, vətəndaş cəmiyyətini Qərb pulla təmin edir, onlar isə xalqı hökumətə qarşı qaldırır, ona görə də qərara gəldik ki, Qərbin maliyyə yardımını nəzarət altına alaq”, – deyə o əlavə edib.
Politoloq qeyd edib ki, Qərb, gürcü gəncləri buna çox mənfi yanaşır:
“Onları maraqlandıran gəzmək, yemək, içmək, işləmək, azadlıqdır. Milli dəyərlər onları maraqlandırmır. İvanaşvili və onun dövlət aparatı israr edir ki, qanun qəbul edilməli və işləməlidir.
Dərin böhran gözlənilir. Hər şey hansı tərəfin nə qədər itki verməyə hazır olmasından asılıdır”.
Səxavət Məmməd