Gürcüstan hakimiyyəti ABŞ-ni ölkədə iğtişaşlar hazırlamaqda İTTİHAM ETDİ

Gürcüstan hakimiyyəti ABŞ-ni ölkədə iğtişaşlar hazırlamaqda ittiham edib və məsələyə aydınlıq gətirilməsini tələb edib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın hakim partiyasının sədri İrakli Kobaxidze bildirib.

“Bu adamlar əvvəlcə səfərlərinin əsl məqsədini gizlətməyə çalışsalar da, onların məqsədlərinin ölkəmizdə inqilabi prosesləri hazırlamaq və planlaşdırmaq olduğu üzə çıxıb.

Bütün bunların dövlət tərəfindən maliyyələşdirildiyi üzə çıxanda bu, daha da qorxulu olur. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) adlanır ki, bu da “Amerikanın köməyi” deməkdir. Məncə, bu, kömək deyil”.

O qeyd edib ki, Gürcüstan “niyə birbaşa məqsədi Gürcüstanda inqilab hazırlamaq olan belə bir təlimin USAİD tərəfindən maliyyələşdirildiyinə” aydınlıq gətirmək niyyətindədir.

Xuraman Etibarlı