!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gürcüstan hakimiyyəti məni həbs etmək üçün “əsas” axtarır” – Azər Süleymanov - ÖZƏL  

!Reklam – Yazi

“Gürcü arzusu” nəinki azərbaycanlılara, ümumiyyətlə, Gürcüstanın bütün vətəndaşlarına qarşı təzyiq dalğası başladıb”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Gürcüstan parlamentinin müxalifətçi Vahid Milli Hərəkat Partiyasından olan azərbaycanlı deputatı, son günlərdə ciddi təzyiqlərə məruz qalan Azər Süleymanov deyib.

Azər Süleymanovun sözlərinə görə, Gürcüstan hakimiyyəti onu və Marneuli rayonunun seçilmiş rəhbəri Teymur Abazovu qondarma ittihamlarla sıradan çıxarmağa çalışır:

“Öncə onu deyim ki, hazırda Marneulidə, dostlarımın yanındayam. Buna qədər isə Rustavidə 6 saat dindirildikdən sonra sərbəst buraxılmışam. Gürcüstan hakimiyyəti, prokurorluq məni həbs etmək üçün “əsas” axtarır. Ancaq nə isə bir şey tapa bilmirlər və tapa da bilməzlər – çünki belə bir əsas yoxdur.

Məsələ nədir? Elçin Allahverdiyev adlı yaramaz bir şəxs özünü bizim partiyanın üzvü kimi təqdim edərək, siyasi rəqiblərə qarşı təhqiredici fikirlər yazıb.

Mən də onu ofisə dəvət edərək, kim olduğunu, niyə özünü bizim partiyanın üzvü kimi qələmə verib camaatı təhqir etdiyini soruşdum. O da hərəkətinə görə hətta üzr istədi və mən onu ofisdən qovdum. Sonra da gedib məndən şikayət edib.

Dediyim kimi, Rustavidə müstəntiqlərə 6 saat ifadə verərək, mənə qarşı irəli sürülən ittihamın qondarma olduğunu bildirmişəm. Onlar mənim barəmdə cinayət işinin açılması və digər prosedurların icrası məqsədilə parlamentə müraciət edərək, deputat toxunulmazlığımın götürülməsini istəyiblər.

Ancaq parlamentdəki partiyadaşlarım, hətta rəqib deputatlar belə mənim deputat toxunulmazlığımın götürülməsinə qarşı çıxıblar. Partiyamızın parlament fraksiyasının rəhbəri də çox kəskin çıxış edərək, “Gürcü arzusu” hökumətini repressiyalara başlamaqda suçlayıb.

Marneulinin xalq tərəfindən seçilmiş rəhbəri Teymur Abazova qarşı da eyni təxribatlara yol verilib. Kiməsə qarşı “qırmızı xətt”i keçəndə, adam bəzən özünə nəzarəti itirir. Abazov da həmin vəziyyətdə bəzi hərəkətlərə yol verib. Ancaq bunun səbəbinə diqqət yetirmirlər.

Siz bunu Gürcüstan azərbaycanlılarına qarşı yeni təzyiq dalğası kimi qiymətləndirirsiz. Mən isə deyirəm ki, “Gürcü arzusu” nəinki azərbaycanlılara, ümumiyyətlə, Gürcüstanın bütün vətəndaşlarına qarşı təzyiq dalğası başladıb. Ölkədə sosial-iqtisadi vəziyyət ağırdır. Bidzina İvanişvilinin biznesindən, banklarından başqa, qalan strukturlar pis vəziyyətdədir. Əhali, o cümlədən də azərbaycanlılar boğaza qədər borc-xərc içərisindədir. Bildiyiniz kimi, bizim camaatın əsas məşğuliyyəti əkin-biçindir, maldarlıqdır. Onunla da normal məşğul olmağa imkan yoxdur.

Ancaq biz bu təzyiqlərə qarşı dayanmaq əzmindəyik. Hökumət məni həbs etməklə, mənsub olduğum Vətəndaş Hərəkatı Partiyasını zəiflətməyi, daha sonra isə sıradan çıxarmağı düşünür. İnşallah, bu niyyətləri həyata keçməz”.

A.Zeynalov

www.yenicag.az

2098
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv