Gürcüstan Nazirlər Kabineti prezidenti tənqid edib.
Yenicag.az gürcü mediasına istinadla xəbər verir ki, bu barədə Baş nazirin müavini Tea Tsulukiani Gürcüstan Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclasından sonra keçirilən brifinqdə deyib. O bildirib ki, prezidentin susması ölkəyə ziyan gətirir.
“Cənab İlham Əliyevi qələbə münasibətilə təbrik etməkdən çəkinən Gürcüstan prezidentinin susması məncə dövlətimizə ziyan vurur. Biz hamımız prezidentimizə xatırlatmaq istəyirik ki, bu, son illərdə geosiyasi və təhlükəsizlik risklərinin artdığı regiondur
Gürcüstan hökuməti hər gün geosiyasi risklərin sığortalanmasına diqqət yetirir.
Bunun fonunda prezident qonşumuzu, tərəfdaşımızı və dövlətin dostunu seçkilərdə qələbə münasibətilə təbrik etməkdən çəkinir. Bu, siyasi miopiyadır”, – Tsulukiani bildirib.
Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili İlham Əliyevi prezident seçkilərində qalib gəlməyi münasibətilə təbrik etməyib.
Xuraman Etibarlı