Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gürcüstan parlament seçkiləri ərəfəsində-Kaxa Okriaşvili əslində kimdir?!

Gürcüstan parlament seçkiləri ərəfəsində!

Seçkilərə sayılı günlər qalıb. Diqqətinizi bir məsələyə yönəltmək istərdim. “Güc Birlikdədir” müxalifət bloku, Bolnisi-Dmanisi-Tetricğaro-Calka bölgəsindəki majoritar namizədi “Gürcü Arzusu” partiyasından olan Gürcüstan Parlamentinin keçmiş üzvü Kaxa Okriaşvilini seçdi. Yaxşı, Kaxa Okriaşvili əslində kimdir?!

Yaxın 90-cı illərdə, SSRİ-nin tikişlərinin açdldığı zamanda və bir çox indkii postsovet respublikalarında etnik münaqişə ocaqları alovlandı. Təəssüf ki, bu bədbəxtlik Gürcüstandan da yan keçmədi. Elə həmin illərdə (1989-1990) Bolnisi və Dmanisi bu hadisələrin mərkəzi olduğu ortaya çıxdı. Kaxa Okriaşvili o dövrdə azərbaycanlı əhalinin kompakt yaşayış yerlərindən çıxarılması prosesinə birbaşa nəzarət edirdi. Dmanisi bölgəsinin yerli sakinləri bu vaxtı ağrı ilə xatırlayırlar. Onlara qarşı fərqli üsullardan istifadə etdilər: hədə-qorxu, döyülmə, azərbaycanlıların əyləşdikləri ictimai nəqliyyatların atəşə tutulması.

Okriaşvili öz yaxınları arasında bu “qəhrəmanlıqları” haqqında qürurla danışırdı. Milyoner deputat hazırkı maddi vəziyyətinə 1992-1994-cü illər arasında Guguti nəzarət-buraxılış məntəqəsində işləyərkən qaçaqmalçılıq yolu ilə çıxartmağa çalışdığı həmin azərbaycanlılardan pul alaraq sahib oldu. Bu anda, bu əczaçılıq maqnatı, əczaçılıq fəaliyyətinə əlavə olaraq, qorxu üzündən evlərini tərk etmək məcburiyyətində qalan azərbaycanlı sakinlərinin torpaqlarını və daşınmaz əmlakını satın almaqla məşğul idi ki, onlar sonradan öz doğma torpaqlarına qayıtmaq fürsəti tapmasınlar. Dmanisi bölgəsinin böyük kəndlərinin azərbaycanlı əhalisi mal-qarasını otarmaq imkanından məhrumdur, çünki Kaxa Okriaşvili və atası bütün otlaqları satın almış və kəndlilər maldarlıqla məşğul olmaq imkanından məhrum ediblər. Bu sahə isə bu bölgələrdə yaşayan azərbaycanlıların böyük əksəriyyətinin əsas mənbəyi idi. Kaxa Okriaşvilinin Azərbaycan əhalisinə qarşı bütün bu aqressiv hərəkətləri onun zəif gizlədilmiş etnik mənşəli – erməni olması ilə əlaqədardır. Son hadisələrin fonunda, Azərbaycan ərazisində hərbi əməliyyatlar yenidən başladıqda, Kaxa Okriaşvili, Gürcüstan hökumətini yan keçərək Ermənistana humanitar və maliyyə dəstəyi verdi və bu yardımı hələ də davam etdirir, bunu isə çıxışlarında inkar etmir. Və bu gün deputat mandatı uğrunda seçkiqabağı yarışda olan Kaxa Okriaşvili həmfikirləri tapdı. Bu şəxs Bolnisi seçkiqabağı qərargahının rəhbəri, Azərbaycan əhalisinin Bolnisidən köçürülməsində və çıxarılmasında birbaşa iştirak etmiş həmin Japaridze ailəsinin üzvüdür. Və indi isə yalnız şəxsi və eqoistik məqsədlərini güdən Kaxa Okriaşvili yerli əhalidən oğurlanan artan maliyyə vəsaitlərindən istifadə edərək yenidən ölkə parlamentində deputat olmaq üçün Azərbaycan əhalisini bir daha aldatmağa çalışır.

www.yenicag.az

289