Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Gürcüstan parlamenti Tiflisə qaytarılır

Gürcüstan parlamenti Kutaisi şəhərindən tamamilə paytaxt Tiflisə köçürüləcək.

Yenicag.az xəbər verir ki, bu barədə hakim komanda qərar qəbul edib.

Qərara əsasən, qanunverici orqanın plenar iclasları gələn ilin yanvarın 1-dən etibarən Tiflisdə keçiriləcək.

Kutaisidə yerləşən parlament binası isə Gürcüstanın Daxili İşlər Nazirliyinin tabeliyinə veriləcək.

Parlamentin vitse-spikeri Tamar Çuqoşvili bildirib ki, qanunverici orqanın iki binada fəaliyyət göstərməsi kifayət qədər çətin olub: “Parlamentin güclənməsi və xərclərin azaldılması üçün biz onun Tiflisdə yerləşməsi barədə qərar qəbul etdik”.

Qonşu ölkə parlamenti 2012-ci ilin oktyabrından Kutaisidə fəaliyyət göstərib.

2014-cü ildən parlamentin yalnız komitə iclasları Tiflisdəki binada keçirilib./Report/

www.yenicag.az

827
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM