!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstan parlamentində dövlət büdcəsi ilə bağlı səsvermə baş tutmadı

!Reklam – Yazi

Gürcüstan parlamentinin bugünkü plenar iclasında 2019-cu il üçün dövlət büdcəsi layihəsi ilə bağlı səsvermə baş tutmayıb.

Yenicag.az xəbər verir ki, buna qanunverici orqanda kvorumun təmin olunmaması səbəb olub.

Parlament sədri İrakli Kobaxidze bildirib ki, iclasda 69 deputat iştirak edib və buna görə, səsvermə baş tutmayıb:

“Həmkarlarımın məsuliyyətsizliyinə görə səsvermə bu gün olmayacaq”.

Qanunverici orqanda gələn ilin dövlət büdcəsi ilə bağlı səsvermə sabah keçiriləcək.

Gürcüstan parlamentində səsvermənin baş tutması üçün ən azı 79 deputatın iştirakı tələb olunur.

Bundan əvvəl Gürcüstan Parlamentində deputatlar arasında dava düşüb./Report/

www.yenicag.az

10769
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv