Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.
Yenicag.az xəbər verir ki, bunu ölkə prezidenti Salome Zurabişvili elan edib.
“Mən bununla bağlı müvafiq sərəncamı artıq imzalamışam. Həmin gün xalq üçün qərar vermək və seçim etmək zamanıdır. Xalqın seçimi uzunmüddətli perspektivdə ölkəmizin gələcəyini müəyyən edəcəyi üçün budəfəki səsvermə əvvəlkilərdən özünün qeyri-adiliyi ilə fərqlənəcək”, – o deyib./Apa/