Gürcüstan parlamentinə yeni spiker seçildi

Gürcüstan parlamentinin vitse-spikeri Kaxa Kuçava səs çoxluğu ilə qanunverici orqanının sədri vəzifəsinə seçilib.

Yenicag.az xarici KV-ə istinadən xəbər verir ki, onun namizədliyini 86 deputat dəstəkləyib, altı nəfər əleyhinə çıxıb.

Qeyd edək ki, 24 apreldə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze istefa qərarına gəldiyini elan edib.