Gürcüstanın Telavi rayonunda parlamentin keçmiş deputatı Vasil Davitaşviliyə atəş aşılıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, deputatın öz evində ona 8 güllə vurulub. Məlumata görə, cinayəti törədənin şəxsiyyəti hələ müəyyən edilməyib.
Qeyd edək ki, V. Davitaşvili həmçinin Telavi rayonunun keçmiş bələdiyyə başçısı olub. Hazırda o, xəstəxanaya yerləşdirilib.
Yeniçağ.az