Gürcüstan Parlamentinin sədri Azərbaycana səfər edəcək

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Azərbaycana səfər edəcək.

Yenicag.az xəbər verir ki, səfər çərçivəsində Ş.Papuaşvili mayın 15-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubiley tədbirlərində iştirak edəcək.

Bundan başqa, onun Bakıda bir sıra görüşləri də nəzərdə tutulub.