“Bu, hökumətin bəzi üzvlərinin Gürcüstanın Avropaya inteqrasiyasına mane olmaq niyyətini açıq şəkildə göstərən qanundur”.
Yenicag.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün qəbul edilən xarici agentlər haqqında qanuna münasibət bildirərkən deyib.
“Amma küçələrdə baş verənlər bizə göstərir ki, insanlar bu istiqamətdə artıq qərar verib. Əsas məsələ oktyabrın 26-da seçkilərlə birlikdə olacaq və bu qanun həm də ədalətli və azad seçkilərin qarşısını almaq üçün bir yoldur, amma məncə belə olmayacaq, çünki Gürcüstan xalqı əsrlər boyu müstəqil olmaq qərarına gəlib”, – prezident deyib.
O, əlavə edib ki, bu qanuna da veto qoyacaq: “Mən bütün digər qanunlarda olduğu kimi, mütləq qanuna veto qoyacağam. Çünki bu, təkcə bir deyil, Aİ-nin tövsiyələrinə zidd olan bütün strategiyadır. Çoxluğun bunu edə biləcəyi parlamentdə mənim vetom ləğv ediləcək. Amma mənim vetom xalqın səsidir və bu səs yüksək və aydın eşidiləcək”.
Qeyd edək ki, bu gün Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib./unikal