Gürcüstan Qırmızı körpüyə yol çəkəcək

Gürcüstan Şərq-Qərb sürətli avtomobil yolunun bir hissəsi olan Gürcüstan ərazisindən Azərbaycan və Ermənistan sərhədlərinə qədər avtomobil yolları çəkəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti avtomobil yollarının tikintisi üçün beynəlxalq satınalma qaydaları üzrə tender elan edib.

Söhbət Gürcüstanı Azərbaycan və Ermənistan sərhədləri ilə birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin tərkib hissəsi olan Rustavi-Qırmızı körpü və Algeti-Sadaxlo yollarının hissələrinin tikintisindən gedir.

Layihəyə əsasən, bütün zəruri beynəlxalq yol təhlükəsizliyi tələblərinə cavab verən xarici işıqlandırma sistemi ilə ümumilikdə 61,3 km uzunluğunda dördzolaqlı beton magistral, 26 körpü və 11 nəqliyyat qovşağı tikiləcək.

Tikinti işlərinə 2025-ci ildə başlanacaq və bütün dörd hissənin tikintisi işlərin başlanmasından 30 ay sonra mərhələlərlə başa çatdırılacaq.

Layihə Avropa İnvestisiya Bankı (AİB) və Gürcüstan hökumətinin birgə maliyyələşdirməsi ilə həyata keçiriləcək və AİB bunun üçün 250 milyon avro kredit ayırıb./unikal

COP29