İyunun 6-da saat 21:00-dan etibarən Gürcüstandan Rusiyaya gedən Mtsxeta-Stepantsminda-Lars magistral yolunun bir hissəsi (Daryal dərəsi) bütün növ avtomobillər üçün bağlanacaq.
Yenicag.az azərtac-a istinadən məlumat verir ki, aramsız yağan leysan yağışları nəticəsində magistral yolda torpaq sürüşməsi fəallaşıb və yolda təhlükə artıb. Yolun bağlanması insanların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Yolun iyunun 7-də səhər saatlarında açılacağı gözlənilir.
Gürcüstan hidrometeoroloqlarının məlumatına görə, iyunun 5-də və 6-da ölkə ərazisində güclü yağışlar yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq