Gürcüstan parlamenti Saakaşvilinin Ukraynaya transferini istisna edib.
Yenicag.az xəbər verir ki, Gürcüstan parlamenti sədrinin birinci müavini Georgi Volski həbsdə olan eks-prezident Mixail Saakaşvilinin Ukraynaya köçürülməsini qeyri-mümkün adlandırıb.
“Ukraynada heç kim ondan etdiklərinə görə cavab istəməyəcək, əksinə, Ukrayna sərhədini qanunsuz pozduğuna görə orden asacaq.
“Sizin ərazinizdə cinayət törətmiş şəxsi (Saakaşvili – red.) necə Ukraynaya təhvil verə bilərsiniz?”, – deyə Volski jurnalistlərə bildirib.
Qeyd edək ki, Gürcüstan prezidenti Avropa Parlamenti ona təzyiq etdiyini və Saakaşvilinin əfv olunmasını tələb etdiyini deyib.
Gürcüstanda deputatlar Saakaşvilini əfv etsələr, 2008-ci il münaqişəsini araşdıracaqları ilə hədələyiblər.
Xuraman Etibarlı