Gürcüstan Ukraynaya yardım ayırdı

Gürcüstan Ukraynaya yardım edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə müvafiq sənədi Gürcüstanın Baş naziri İrakli Qaribaşvili imzalayıb.

Bildirilib ki, Gürcüstan hökumətinin ehtiyat fondundan Ukraynaya 1 milyon lari (540 min manat) yardım ayrılacaq.

Yardım münaqişədən əziyyət çəkmiş Ukrayna vətəndaşlarına tibbi vasitələrin alınmasına yardım etməyə yönəldiləcək.