Gürcüstan və Azərbaycan XİN müavinləri görüşəcək

Gələn həftə Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş keçiriləcək.

Yenicag.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, həmin görüşdə məsləhətləşmələr aparılacaq:

“Həmin məsləhətləşmələr çərçivəsində biz komissiyanın iclasının gündəliyini və vaxtını müəyyən edəcəyik”.