Gürcüstanın müdafiə naziri Levan İzoriya və onun ermənistanlı həmkarı Vigen Sarkisyan Tbilisidə 2017-ci il üzrə ikitərəfli hərbi əməkdaşlıq haqqında saziş imzalayıblar.
Yenicag.az “Repotr”-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyinin məlumatında deyilir.
Tərəflər strateji planlaşdırma, hərbi təhsil, tibb sahələrində əməkdaşlığı planlaşdırırlar.
Qeyd edək ki, V.Sarkisyan bu gün Gürcüstana ikigünlük səfərə gedib.
Yenicag.az