Gürcüstan vətəndaşının Bakıda meyiti tapıldı

Gürcüstan vətəndaşı Bakıda qəfil dünyasını dəyişib.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. 1952-ci il təvəllüdlü, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, nömrəsiz evdə yaşayan Mamedov Abas Məhərrəm oğlu yaşadığı evdə qəfil dünyasını dəyişib.

İlkin ehtimala görə, A.Mamedov ürək tutmasından vəfat edib. Faktla bağlı araşdırma aparılır./Trend/