Gürcüstan XİN başçısı Azərbaycanı təbrik etdi

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Yenicag.az xəbər verir ki, nazir tviter hesabında ən səmimi təbriklərini çatdırıb.

“Srateji tərəfdaşımız – Azərbaycanın Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam. Dost Azərbaycan xalqına ürəkdən uğurlar və firavanlıq arzulayıram”, – XİN başçısı yazıb.