Gürcüstan XİN-dən Azərbaycanla sərhəd barədə AÇIQLAMA

Gürcüstanın Xarici İşlər Naziri David Zalkaliani Azərbaycanla sərhəddə yerləşən mübahisəli David Qareci məbədi haqqında açıqlama verib.

Yenicag.az xəbər verir ki, nazir bu mövzunun həlli üçün hər iki tərəfin nümayəndələrindən təşkil olunmuş komissiya yaradılmasıyla bağlı Azərbaycanla razılıq əldə edildiyini bildirib.

Onun sözlərinə görə, bu mübahisəli məsələ iki ölkə arasındakı sərhədlərin blokadaya düşməsinə səbəb olmalıdır və kompramis yoluyla həll edilməlidir.

Qeyd edək ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva da anoloji fikirlə çıxış etmişdi. Nazirlik rəsmisi iki ölkə arasındakı bu məsələnin tezliklə çözülməsində maraqlı olduqlarını bildirmişdi.