Gürcüsan Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına İranda yeni tip koronavirus (Covid-19) yayılması ilə əlaqədar bu ölkəyə səfər etməməyi tövsiyə edib.
Yenicag.az-ın xəbərinə görə, bu barədə Gürcüstan XİN məlumat yayıb.
“Fevralın 19-da İranda koronavirus aşkarlanıb, ölkədə 28 nəfər bu xəstəliyə yoluxub, 18 nəfər ölüb. Vəziyyəti nəzərə alaraq, İrana səfərlərdən imtina etməyi xahiş edirik”, – məlumatda qeyd edilib.