Gürcüstan XİN rəhbəri sabah Türkiyəyə səfər edəcək

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili iyulun 28-də Türkiyəyə səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, səfər zamanı Gürcüstanla Türkiyə arasında ikitərəfli münasibətlər müzakirə ediləcək, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.