Gürcüstana çəhrayı qar yağdı

Gürcüstanda qeyri-adi təbiət hadisəsi hər kəsi təəccübləndirib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Gürcüstanda Qoderdzi dağ xizək kurortunda dincələnlər qeyri-adi təbiət hadisəsinin şahidi olublar. Belə ki, qarla örtülü dağ yamacları çəhrayı rəngdə olub.

Ekspertlər hesab edilər ki, hava kütlələri Saxara qumu ilə qarışıb. Məhz buna görə də qar çəhrayı rəngə boyanıb.

Qeyd edək ki, bundan əvvəl kurort ərazisinə sarı rəngdə palçıqlı yağış yağıb. Qar da bundan sonra çəhrayı rəngə çevrilib.

Həmçinin, ötən gün bir çox ölkələr kimi Gürcüstanda da səmanın “saralması” müşahidə olunub.

COP29