Gürcüstana səfər edənlərdən arayış tələb olunacaq – QƏRAR

Sentyabrın 15-dən etibarən Gürcüstana yollanacaq xarici ölkə vətəndaşları 72 saat qüvvədə olacaq PCR testinin nəticəsini təqdim etməli olacaqlar.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

O deyib ki, bu barədə qərar Gürcüstan vətəndaşları və əcnəbilərin sağlamlığını sığortalamaq məqsədilə qəbul olunub.