Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gürcüstanda 24 yaşlı gənc qripdən öldü

Gürcüstanın Zuqdidi şəhər xəstəxanasında 24 yaşlı gənc qripdən ölüb.

Yenicag.az xəbər verir ki, pasiyent Zuqdidi xəstəxanasına Mestia şəhərindən yanvarın 1-də çatdırılıb.

Gəncdə həftə ərzində qızdırma və kəskin tənəffüs çatışmazlığı müşahidə olunub.

Xəstəxanada həmin şəxsə ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Bundan başqa onda digər xəstəliklərin də olduğu müəyyən olunub. O, bir neçə gün süni tənəffüs aparatına qoşulmuş halda olub.

Gəncin ölümünə H1N1 virusunun (“donuz qripi”) səbəb olması laborator araşdırma zamanı müəyyən olunacaq.

Qeyd edək ki, qonşu ölkədə bu günə qədər “donuz qripi”ndən 8 nəfər ölüb. Ölkədə 100 min sakinə 277 qripə yoluxmuş şəxs düşür.

Xatırladaq ki, Gürcüstanda yayılan А(H1N1) – “Donuz qripi” virusu ilə əlaqədar Azərbaycanın qonşu ölkə ilə olan “Sınıq Körpü” gömrük sərhəd-buraxılış məntəqəsində profilaktik tədbirlər həyata keçirilir./Report/

Loading...

www.yenicag.az

2867
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100