!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gürcüstanda 500 min azərbaycanlı, Azərbaycanda isə cəmi 14 min gürcü yaşayırsa...” – Azər Süleymanov

!Reklam – Yazi

“Mixail Saakaşvilidən sonra Gürcüstan azərbaycanlılarının hüquqlarının pozulması halları artıb”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Gürcüstan parlamentinin “Gürcü arzusu” fraksiyasından olan komitə sədri Mariam Caşinin Azərbaycanda yaşayan gürcülərin hüquqlarının təmin olunmamasına dair iddialarına cavab verən müxalifətçi Vahid Milli Hərəkat Partiyasının azərbaycanlı deputatı Azər Süleymanov deyib.

Gürcüstan parlamentinin Qafqazdakı diaspora ilə iş və Mədəniyyət və Təhsil komitələrinin birgə iclasında çıxış edən komitə sədri Mariam Caşi Azərbaycandakı gürcülərin hüquqlarının Gürcüstandakı azərbaycanlıların hüquqları ilə eyniləşdirilməsinin vacibliyini bildirib.

Caşinin fikirlərinin Gürcüstan cəmiyyətində də etirazla qarşılandığını bildirən Azər Süleymanovun sözlərinə görə, komitə sədrinin yanaşması diskriminativ xarakter daşıyır:
“Öncə onu deyim ki, Gürcüstanın bir sıra hüquq-müdafiə təşkilatlarının rəhbərləri Caşinin həmin çıxışını kəskin tənqid edərək, onun belə fikirlər səsləndirməsinə etirazlarını bildiriblər.

Onun iddiasına gəldikdə isə aydındır ki, Gürcüstandakı azərbaycanlılarla, Azərbaycandakı gürcülərin vəziyyətini eyniləşdirmək olmaz. Çünki Gürcüstanda 500 min azərbaycanlı, Azərbaycanda isə cəmi 14 min gürcü yaşayır. Bu rəqəm ortadakı vəziyyəti göstərir. Biz azərbaycanlılar Gürcüstana kosmosdan gəlməmişik, o torpaqların əzəli sakinləriyik.

Ümumiyyətlə, Mixail Saakaşvilinin hakimiyyətdən gedişindən sonra iqtidara gələn İvanişvili qrupu, “Gürcü arzusu” partiyası hər addımda azərbaycanlıların hüquqlarını pozmaqdadır.

Təsəvvür edin, əvvəllər iddia edirdilər ki, azərbaycanlılar gürcü dilini bilmədikləri üçün onları dövlət qulluğuna götürə bilmirik. Ancaq son zamanlarda Gürcüstanın ali məktəblərindən hər il 2 min nəfərə yaxın azərbaycanlı məzun olur. Onlar gürcü dilini və öz ixtisaslarını yüksək səviyyədə bilirlər. Lakin onların işlə təmin olunmalarına imkan verilmir. Ermənilərə isə hər addımda “yaşıl işıq” yandırırlar.

Yenə deyirəm, belə təxribatçı fikirlər “Gürcü arzusu”nun azərbaycanlılara qarşı münasibətinin daha bir nümunəsidir”.

A.Zeynalov

www.yenicag.az

1680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv