!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda ağır qəza: 2 azərbaycanlı öldü, 3 nəfər yaralandı - FOTO

!Reklam – Yazi

Bu gün səhər saatlarında Gürcüstan respublikası ərazisində qəza baş verib.

Yenicag.az xəbər verir ki, Zaqatala rayon sakininin idarə etdyi “Mercedes” markalı minik avtomobili qəzaya düşüb.

Qəza zamanı sürücü daxil olmaqla, 3 Zaqatala rayon sakini hadisə yerində ölüb, biri azyaşlı olmaqla, 2 nəfər yaralanıb.

Qəza zamanı “Mersedes”in sürücüsü Zaqatala rayon sakini, 1975-ci il təvəlllüdlü Aydın Xəliloiv və sərnişini Zaqatala rayon sakini 1960-cı il təvəllüdlü Yusif Dibirov aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Yusif Dibirovun gəlini və iki azyaşlı nəvəsi isə xəsarət alıblar. Xəsarət alan ana və iki azyaşlı övladı əvvəl Saqarecoda yerləşən “Geo-hospital” xəstəxanasına yerləşdirilsələr də, vəziyyətlərinin ağırlığından səbəbi ilə Tbilisidə yerləşən Bokeria adına xəstəxanaya çatdırılıblar. Azyaşlılardan birinin vəziyyəti daha ağır qiymətləndirilir.

Aydın Xəlilovu və Yusif Dibirovun meyitlərinin sabah sabah Zaqatalaya gətirilməsi nəzərdə tutulub.

www.yenicag.az

1897
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv