Gürcüstanda azərbaycanlı biznesmen qətlə yetirildi – FOTO

İki gün əvvəl Gürcüstanın Saqareco (Qaraçöp) rayonunun Keşəli kəndində yaşayan azərbaycanlı iş adamı, 1986-cı il təvəllüdlü Həmzəyev Aydın Hacı oğlu qətlə yetirilib.

Yenicag.az xəbər verir ki, o, yaşadığı kənddə naməlum şəxs və ya şəxslər tərəfindən güllələnərək öldürülüb.

Biznes fəaliyyəti ilə məşğul olan 36 yaşlı azərbaycanlının hansı səbəbdən qətlə yetirilməsi məlum deyil. Faktla bağlı yerli istintaq idarəsində cinayət işi başlanılıb.

Qeyd edək ki, mərhumun yaxınları qətlin quldurluq (zorla pul tələbetmə) və ya qohumlar arasındakı qısqanclıq münasibətinə görə baş verdiyini ehtimal edirlər.