!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda azərbaycanlı intihar edib

!Reklam – Yazi

Gürcüstanın Saqareco rayonunda intihar olub.

Hadisə azərbaycanlıların kompakt yaşadığı Tüllər kəndində baş verib.

Kəndin sakini, 55 yaşlı Nurəddin Xeyirxəbərov xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, bir müddət əvvəl həyat yoldaşına xəstəlik səbəbindən özünü öldürəcəyini deyib.

N. Xeyirxəbərov dünən təmiz hava almaq adı ilə həyətə çıxıb. Az sonra isə təndir çardağında əvvəlcədən hazırladığı kəndirlə özünü asıb.

Hadisə ilə bağlı hələlik cinayət işi qaldırılmayıb.

Yeniçağ.az

www.yenicag.az

668
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv