Gürcüstanda azərbaycanlı iş adamını güllələyən şəxs saxlanıldı

Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Lilo Mall” ticarət mərkəzində azərbaycanlı sahibkar Roman İsayevi güllələyən şəxs saxlanılıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yerli mətbuata açıqlamasında bildirilib.

Qeyd olunub ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.