Gürcüstanda azərbaycanlıların avtobusu qəzaya uğradı: 3 ölü

pa91Gürcüstanın Şido-Kartli bölgəsinin Osiauri kəndi yaxınlığında Azərbaycan nömrəsi olan avtobusla mikroavtobus toqquşub.

Qəza nəticəsində 3 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb. Həlak olan və xəsarət alan şəxslərin milliyəti hələ ki açıqlanmayıb.

Gürcüstan Daxili İşlər Nazirliyi qəzaya səbəb olan sürücüyə qarşı cinayət işinin açıldığını bəyan edib(modern).