Gürcüstanda bəzi məhdudiyyətlər ləğv olunur

Gürcüstan hökuməti koronavirus pandemiyası səbəbindən tətbiq olunan bir neçə məhdudiyyətin aradan götürülməsi barədə qərar qəbul edib.

Yenicag.az xarici mətbuata istinadla xəbər verir ki, qərara əsasən, sabahdan şəhərlərarası ictimai nəqliyyatın fəaliyyəti bərpa olunur.

Fevralın 25-dən həmçinin dağ kurortlarında mehmanxanalar qonaq qəbul edə biləcəklər. Martın 1-dən dövlət və özəl uşaq bağçaları açılacaq. Martın 8-dən isə kanat yollarından istifadəyə icazə veriləcək.

Bundan başqa, martın 15-dən teatrlar, idman klubları, peşəkar ansambllarda məşq və təlimlərin keçirilməsi mümkün olacaq, aprelin 1-dən isə fəaliyyət tam bərpa olunacaq.

Martın 15-dən həmçinin ali məktəblərdə əyani tədrisə başlanılacaq.

Muzey və kitabxanalar isə fəaliyyətlərini martın 1-dən etibarən bərpa edəcəklər.