Gürcüstanda da Gülən məktəbləri bağlanmağa başladı

Gürcüstan Elm və Təhsil Nazirliyi Batumidəki Şahin Dostluq liseyinin və ibtidai sinif məktəbinin fəaliyyətini dayandırıb.

Yenicag.az xəbər verir ki, APA-nın məlumatına görə, liseyin FETÖ əlaqəli olduğu məlum olub. Nəticədə Gürcüstan elm və təhsil nazirliyi ibtidai məktəbin və liseyin lisenziyasını ləğv edib.

Nazirlikdən bildirilib ki, lisenziya bir çox məsələlərlə əlaqədar, eyni zamanda tədris prosesində ciddi nöqsanlara görə ləğv olunub. Həmin məktəblərdə dərs prosesləri dayandırılacaq.

Tədrisin dayandırılması barədə qərar qəbul edildikdən sonra həmin məktəblər bağlanılıb.

Məlumata görə, həmin təhsil ocaqlarında 340 nəfər şagird təhsil alıb

Nazirlikdən verilən məlumata görə, bağlanan məktəblərin şagirdləri Batumidəki digər təhsil ocaqlarında təhsillərinə davam edəcəklər.

Yenicag.az