Gürcüstanda son sutkada ərzində koronavirusa daha 187 nəfər yoluxub, 46 pasiyent sağalıb.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək virusa yoluxanların sayı 3 306-ya, sağalanların sayı isə 1 481-ə çatıb. Xəstəlikdən 19 nəfər vəfat edib.
Hazırda ölkə üzrə 5 014 nəfər karantində, 836 nəfər isə stasionar nəzarətdə saxlanılır.