Gürcüstanda daha 193 nəfər koronavirusa yoluxdu – STATİSTİKA

Gürcüstanda son sutka ərzində daha 192 nəfər koronavirusa yoluxub, 40 pasiyent sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə virusa ümumi yoluxma sayı 3 695-ə, sağalanların sayı isə 1 534-ə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı isə 20 olub.

Hazırda ölkə üzrə karantin zonalarında 4 988, tibbi nəzarətdə isə 836 nəfər saxlanılır.

COP29